Ötən mövsüm məşqçi karyerasınıbaşa vuran "Mançester Yunayted"in keçmiş çalışdırıcısı AleksFergüssona UEFA tərəfindən yeni vəzifə verilib.
Qol.Az-ın xarici KİV-lərəistinadən verdiyi məlumata görə, qitənin ali futbol qurumunun prezidenti MişelPlatini təcrübəli mütəxəssisin "Elit baş məşqçilər elçisi" olduğunuaçıqlayıb.
A.Fergüsson bu vəzifəyə layiqgörüldüyü üçün qürur hiss keçirdiyini bildirib.
Bununla da Fergüsson UEFA-nın həriş təşkil edəcəyi baş məşqçilər toplanışının rəhbəri olacaq. O cümlədəntəcrübəli mütəxəssis Çempionlar Liqası və Avropa çempionatının formatındadəyişikliklər edilməsində köməklik edəcək.
Qaynar.info
Şərhlər