İdman 18:39 16.01.2020

UEFA Azərbaycan Premyer Liqasındakı klubların gəlirini açıqladı

UEFA-ya üzv olan ölkələrin yüksək liqalarında mübarizə aparan klubların ümumi gəlirləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. 

Hesabatda gğstərilir ki, Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci orta gəliri 3.4 milyon avro (cəmi 27 milyon avro) olub. Bunun yarıdan çoxu – 51 faizi sponsorlardan gələn vəsaitdir. 36 faiz gəlirlər isə UEFA-dan əldə olunan qazancdır. 1 faiz bilet satışının payına düşürsə, qalan hissəsi digər gəlirlərdir.

İngiltərə Premyer Liqası 272 milyon avro orta gəlirlə birinci, Almaniya Bundesliqası 175,3 milyon avro ilə ikinci, İspaniya La Liqası isə 157,3 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ermənistan Premyer Liqasında göstərilən dövrdə çıxış edən klubların orta gəliri cəmi 0,6 milyon avro olub.