İdman 14:48 15.10.2019

UEFA Azərbaycanın 4 klubu üçün pul göndərdi

Azərbaycan klubları 2019/20 mövsümündə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün nəzərdə tutulan həmrəylik ödənişlərini alıblar.

Qaynarinfo xəbər verir ki, UEFA 4 klubumuza ümumulikdə 2 milyon 420 min avronu (4 milyon 537 min 16 manat) vəsaiti AFFA-nın vasitəsi ilə klublara ödəyib. 

Avropa futbol qurumu Çempionlar Liqasında iştiraka görə "Qarabağ"a 1 milyon 140 min avro (2 milyon 137 min 272 manat) ödəyib.

Qurum Avropa Liqasında iştirak edə komandalardan "Neftçi"yə 780 min (1 milyon 462 min 344 manat), "Qəbələ"yə 260 min (487 min 448 manat), "Səbail"ə isə 240 min avro (449 min 952 manat) verib.

Qeyd edək ki, Azərbaycan klublarından yalnız "Qarabağ" avrokubokda mübarizəni davam etdirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının qrup mərhələsində yer alıb.