İdman 15:43 14.01.2019

UEFA “Qarabağ” üçün 1,2 milyon manat göndərdi

UEFA "Qarabağ” klubuna 622 min avro (1 milyon 213 min 522 manat) vəsait ayırıb.

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, qitə futbol qurumu Avropa Liqasının 2018/19 mövsümünün qrup mərhələsində 1 qələbə qazandığına görə Ağdam klubuna 570 min avro (1 milyon 112 min 70 manat) verib.

Həmçinin qələbələrin sayına əsasən, əlavə 52 min avro (101 min 452 manat) bonus ödənilib.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə "Qarabağ” klubunun hesabına köçürülüb.