İdman 17:21 13.12.2018

UEFA “Qarabağ” üçün 2,1 milyon manat göndərdi

2018/19 mövsümündə avrokuboklarda iştirak edən Azərbaycan klubları UEFA-dan vəsait alıb.

Qaynarinfo xəbər verir ki, Çempionlar Liqasında çıxış edən "Qarabağ” 1 milyon 140 min (2 milyon 194 min manat), Avropa Liqasında mübarizəni dayandıran "Keşlə”, "Qəbələ” və "Neftçi” hərəyə 240 min avro (462 min manat) qazanıb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Qeyd edək ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş "Keşlə” (sabiq "İnter”) klubu üçün ayrılmış 25.010 avro (48 min 154 manat) vəsait 2017-ci ildə "İnter” Futbol Klubunun borcları AFFA tərəfindən  ödənildiyi üçün AFFA-nın balansında saxlanılıb.