İdman 16:59 16.09.2019

UEFA "Qarabağ"a 7.3 milyon manat göndərdi

 
"Qarabağ”ın 2019/20 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb. 

Qaynarinfo xəbər verir ki, 2.750.000 avro (5.176.875 manat) avro vəsait AFFA-nın vasitəsilə kluba təqdim olunub. Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, "Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1.142.880 avro (2.151.471 manat) vəsait də "Qarabağ”ın hesabına köçürülüb.

Beləliklə, UEFA "Qarabağ"ın hesabına ümumilikdə 3.892.880 avro (7.328.346 manat) köçürüb.