Dünya 12:45 20.01.2020

Ukrayna baş naziri hökumət məmurlarını “yaramaz və iyrənc” adlandırdı

Ukrayna hökumət orqanlarında "yaramaz və iyrənc” adamlar işləyir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Aleksey Qonçaruk bazar günü "Ukrayna 24" kanalının efirində deyib.

"Əlbəttə, biz bu tip adamların hamısını təmizləyə bilmədik, hamısına yetmədik. Ancaq bu insanların çoxu artıq xeyli narahatlıq içində yaşayır. Onlar da ya artıq korrupsiya kanallarını itiriblər, ya da itirəcəklər", - deyə Strana.ua Qonçarukdan sitat gətirir.

Qonçaruk qeyd edib ki, korrupsiyaya qarşı mübarizə bizə ölkədə nifaq toxumu əkmək istəyən çox sayda düşmən qzandırıb.

Qeyd edək ki, internetdə yayılan gizli bir səs qeyudindən sonra Ukraynanın Baş naziri 17 yanvarda istefa ərizəsi yazmışdı. Həmin qeyddə səsi baş nazirin səsinə oxşayan biri Zelenskinin iqtisadi proseslər haqda "ibtidai anlayışı" olduğunu deyib tənqid edir. Ukrayna mediası qeyddə Ukraynanın maliyyə naziri Oksana Markarova və bu ölkənin Milli Bankı rəhbərinin müavini Yekaterina Rojkovanın səslərinin də yer aldığını bildirib.

Zelenski istefanı qəbul etməyib. Yanvarın 19-da Qonçaruk xüsusi xidmət orqanlarının iclasda söhbətlərin yazılmasında iştirak edən şəxsləri müəyyənləşdirəcəyinə ümid etdiyini bildirib.

Alpər