İdman 09:49 06.08.2018

Ukrayna millisinin sabiq futbolçusu Azərbaycan klubunda

"Sabah” Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ukraynalı hücumçu Marko Deviçlə iki illik müqavilə bağlanıb. 

Deviç 1983-cü il oktyabrın 27-də Serbiyanın paytaxtı Belqradda doğulub. Hücumçunun son klubu İsveçrə çempionatında mübarizə aparan Lixtenşteyn "Vaduts”u olub. 

Deviç 2008-2014-cü illər aralığında Ukrayna millisinin şərəfini qoruyub. O, yığmada keçirdiyi 35 oyunda yeddi qola imza atıb. 

Marko Deviç yeni komandasında doqquz nömrəli formada çıxış edəcək.