Dünya 11:35 07.12.2018

Ukrayna Rusiya sərhəddinə əlavə qüvvələr göndərdi

Ukrayna Rusiya ilə sərhəddəki hərbi qüvvələrin sayını artırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Twitter hesabında yazıb.

O, bildirib ki, Rusiyanın hücumunun qarşısının alınması məqsədilə starateji plana uyğun olaraq, hərbi qüvvələrin sayının artırılması barədə qərar verib.

"Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri müdafiə qabiliyyətlərinin artırılması məqsədilə sərhəd xəttində yerləşən bölgələrə yönəldilib".
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!