Dünya 10:28 11.01.2013

Ukraynada azərbaycanlını diri-diri yandırdılar

Həmvətənimizin yanmış cəsədi yarımçıq tikilidən tapılıb

Ukraynanın Xerson şəhərində Azərbaycan vətəndaşının yanmış cəsədi tapılıb. “Tavriya News” xəbər verir ki, hadisə şəhər məhkəməsinin 20, şəhər və rayon milis şöbələrinin isə 50 metrliyində yerləşən yarımçıq tikilidə baş verib.

Qeyd edək ki, bir neçə gün əvvəl xalq deputatı Fyodr Neqoy azərbaycanlı və gürcülərin Ukraynadan qovulmasını təklif etmişdi. Hadisənin də məhz bu bəyanatdan sonra baş verməsi təsadüf hesab edilmir.

ANS Press