Dünya 15:51 01.07.2018

Ukraynada kriminal müharibə: Lotu Quliyə qarşı savaş...

Ukraynanın iri şəhərləri uğrunda kriminal mübarizə başlayıb.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, söhbət əsasən Kiyev, Xarkov və Odessadan gedir. Gərginlik əsasən üç qanuni oğrunun klanları arasındadır. Bu sırada isə "Nedelya” ləqəbli ukraynalı qanuni oğru Andrey Nedzelski, Lotu QuliAntimos Kuxilavanın adı çəkilir. Sonuncu nə Nedzelski, nə də Lotu Quliylə mübarizə aparmaq gücündədir.

"Ona görə də o, Taro Suxumskinin dəstəyinə ümid edir. Xüsusən də Odessaya nəzarət uğrunda mübarizədə Lotu Quliyə uduzan Kuxilava Taronun köməkliyi ilə mövqelərini bərpa etmək niyyətindədir”, - deyə məlumatda bildirilir.