Dünya 15:57 28.02.2014

Ukraynada nazirlik ləğv olundu

Ukrayna parlamenti bir nazirliyi ləğv edib.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Ali Radanın bu gün keçirilən iclasında Gəlirlər və Yığımlar Nazrilyinin gələcək fəaliyyəti müzakirə olunub və müzakirələrin yekunu olaraq nazirliyin fəaliyyətinə xitam verilib. 

Bu nazirliyin səlahiyyətləri Vergilər və Gömrük Nazirliynə həvalə ediləcək. 

Qeyd edək ki, yeni baş nazir Arseni Yasenyik hələ bir müddət adıçəkilən nazirliyin lğv edilməsi barədə anons vermişdi.

Qaynar.info