Dünya 00:56 03.03.2014

Ukraynalı komandan vətənə xəyanət etdi

Ukrayna Hərbi Dəniz Donanmasının komandanı vətənə xəyanət edib

Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov Hərbi Dəniz Donanmasının komandanı  Denis Berezovskini vəzifəsindən azad edib.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə Təhlükəsizlik Şurası sədrinin müavini Viktoriya Syumar bildirib.

"Baş prokurorluğunda Cinayət Məcəlləsinin 111-ci (vətənə xəyanət) maddəsi ilə Denis Berezovskiyə qarşı cinayət işi açılıb". 

Syumar əlavə edib ki, Müdafiə naziri əvəzi İqor Tenyuxa töhmət verilib.

Xatırladaq ki, Berezovski Rusiya hərbçilərinin təzyiqlərinə davam gətirməyib və müqaviməti dayandırıb. O, martın 1-də Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi.

Qaynar.info