İdman 13:09 28.02.2013

Ulduz futbolçu həbs oluna bilər

"Real" Madrid klubunun futbolçusu Kərim Benzema həbs oluna bilər.

Onu 3 aydan 6 aya qədər həbs gözləyir. Qaynar.info Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun Qranada-Madrid şossesində sürət həddini aşmasıdır.

Benzema sürət həddinin 100 km/saat olduğu Qranada-Madrid şossesində "Audi" markalı avtomobilini 216 km/saat sürətlə sürüb. Ulduz futbolçunun bu pozuntusu radarlara düşüb. 

İspaniya qanunlarında bu cür qayda pozuntusuna yol verən şəxslər üçün 3 aydan 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Qaynar.info