İdman 16:08 15.08.2013

Ulduzlar bir arada

Dünya futbolunun əfsanələrindən olan Franko Barezi ilə Alan Şirer xeyriyyə matçında yenidən forma geyəcəklər.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, sentyabrın 11-də "Milan"la və "Nyukasl"ın əfsanəvi oyunçuları qarşı-qarşıya gələcək. Sözügedən görüşdə Barezi və Şirerlə yanaşı, Paolo Maldini, Alessandro Kostakurta, Kristian Vyeri, Andrey Şevçenko, Les Ferdinand, Tino Asprilla,  Endryu Koul da iştirak edəcək.

Bu oyunda "Milan"ın kapitanı olacaq Barezi bu qarşılaşmanı səbirsizliklə gözlədiyini deyib: "Nyukasl"ın və azarkeşlərin futbola olan sevgisini bilirəm. Möhtəşəm bir matç olacağına əminəm".

Qeyd edək ki, qarşılaşma "Sent James Park" stadionunda baş tutacaq.

Qaynar.info