Ölkə 15:06 17.12.2018

Umayra Tağıyevanın yerinə yeni təyinat

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kadr dəyişikliyi olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə Səyyarə Məmmədova təyinat alıb.

Səyyarə Məmmədova bundan əvvəl ETSN-nin protokol sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.