İdman 19:00 03.10.2018

Unai Emeri: "Mxitaryan Bakıya gələ bilməzdi"

"Uzun səfərdi. Hər bir turnir bizim üçün önəmli olduğundan, hər birinə eyni şəkildə hazırlaşrıq. Sabahkı matçı da belə olacaq. Nəzər alsaq ki, ölkə daxilində səfərlər ediirk, belə sıx qrafikə hazırıq".

Qaynarinfo xəbər verir ki, bu sözləri İngiltərənin "Arsenal” klubunun baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la səfər oyunundan öncə deyib.

İspaniyalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. O, "Bəzi futbolçular Bakıya gəlməyib. Onların arasında Henrik Mxitaryan da var. Bu, "Arsenal”ın Bakıda 60 min azarkeş qarşısında oynaması ilə bağlıdı" sualına belə cavab verib: "Xeyr, o bura gələ bilməzdi. Biz bu görüşə əqli, mental olaraq hazır futbolçularla gəlmişik. Mxitaryan birinci və ikinci günləri xəstə idi. Aron Remzinin qız övladı dünyaya gələcək. Bu səbəbdən Bakıya gətirməmişik".

Baş məşqçi "Mxitaryanın Bakıya gəlməməsi Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlıdır. Bu münaqişə barədə xəbəriniz var" sualını da cavablandırıb: "Mənim işim futboldu, siyasi məsələlərə qarışmıram. Bütün ölkələrə və insanlara hörmətim var. Bayaq da dedim, istənilən halda, Mxitaryan Bakıda oynaya bilməyəcəkdi".

Emeri Petr Çexin yoxluğunda Bernd Lenoya yox, üçüncü qapıçı Martinesə Bakıda şans verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Qrupda 1-ci yeri tutmağımız lazımdı. Bunun üçün sabah qələbə qazanmaq istəyirk. Əsas heyətlə bağlı hələ qərar verməmişəm. Ancaq çox güman, Bakıda əsas heyətdə Leno meydana çıxacaq".

"Qarabağ" "Sportinq"ə qarşı çox yaxşı başladı. Çox yaxşı futbolçuları, taktikası var. Ötən mövsüm "Atletiko" Qarabağ"ı yenə bilmədi ki, nəticədə Çempionlar Liqasında qrupda qaldı. Biz öz oyunumuza köklənməliyik" deyə baş məşqçi bildirib.