Sənət 17:28 04.08.2017

Unudulmazlardan üçünə– Eldar Baxışa, Rafiq Tağıya, Dəyanət Rzayevə (ŞEİR)

HAQQARAR

Uçulur gecə sökülən dan yerindən
uçunur toran üfüq boyunca
əcəl tək hərləyir öz oxu
Axillesdaban Yeri gündoğan yerindən

dünyaca cəh cəhi batırırsa it səsi
sübhün azan vaxtında vaxtın azan yerindən
balıqçısı balığı
balıq yoxsa tilovu suya batırıb yesin
buruqla tor qurublar Dəmir daban yerindən

it rəddidir sahil boyu uzanıb gedir
insan izi görən yerdən qayıtdım geri
bu Tövrat bu İncil bu Quran yerindən

antik yunan attik Roma əntiq Şərq
əshabələrlə kral keçir
əsrlər keçir
qırx incəbel qızla xotkar qızı Nigar keçir
pəncərədən daş kimi gələn günəş
özünü asan yerindən
siqaret yandırır səhər
bir papiros kötüyü tək tapdanır şəhər
külqabıya dönür ölkə tiran yerindən

külək xəmir yoğurur kündə tutur dənizdə
acıb açıb kündələri yapır sahilə
zərrin ləpələr göz qaş edir sahilə göz qaş
par par yanan ehtirası gözlə bir azdan
. . . . . . . . . . . . . . . .
bütün bu cahan yatıb duran yerindən