Ölkə 20:34 24.06.2019

"Ural Airlines" Gürcüstan əvəzinə Azərbaycana uçuşlar həyata keçirəcək

Rusiyanın "Ural Airlines” şirkətinin iyulun 8-dən sonrakı günlərə Gürcüstan şəhərlərinə bilet alan müştərilərinə eyni qiymətə təklif etdiyi istiqamətlər arasında Azərbaycan da var.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Xatırladaq ki, sözügedən tarixdən sonra Rusiyadan Gürcüstana uçuşlar həyata keçirilməyəcək. Buna görə də müştərilərə alternativ variantlar, o cümlədən Bakıya uçuşlar təklif olunur.