Sənət 13:15 26.01.2018

Fantastikanı feminizmlə tanış edən yazıçı (FOTOLAR)

"Yerdəniz seriysı", "Mülksüzlər", "Qaranlığn Sol Əli" kimi fantastik klassiklər arasında yer tutmuş çox sayda əsərin yazarı Ursula Le Quin yanvarın 22-də, 88 yaşında vəfat etdi.

Qaynarinfo yazıçının yaradıcılığı və həyatı ilə bağlı maraqlı məlumatları təqdim edir:
 
Fantastik sahədə uzun illərdən sonra kişi hegomonluğunu məğlub etməyi bacaran və Hüqo, Nebula, Lokus kimi prestijli ədəbiyyat mükafatlarını bir dəfədən çox alan Le Quinin ABŞ-ın Oreqon əyalətində yerləşən evində həyatını itirdiyi açıqlandı. 

Çox erkən yaşlarda yazmaq sevgisi ard-arda gələn rədd məktubları

Le Quin Oreqonun Portland kəndində, təhsilli bir ailənin 3 oğlan övladından sonra dünyaya gələn kiçik qızı idi. Le Quinin anası yazıçı, atası isə antropoloq idi. Le Quin uşalığından danışdığı zaman, böyük qardaşları Klifton, Teodor və Karl Kroeber kimi onun da ana, atası tərəfindən hər zaman oxumağa, sorqulamağa və müzakirəyə təşviq edildiyini deyir. Mifologiyaya və fantastik ədəbiyyata böyük marağı olan Le Quin ilk qısa hekayəsini 9 yaşında yazıb. 11 yaşında ilk fantastik hekayəsini nəşr olunması üçün "İnanılmaz Fantastik" dərgisinə göndərib. 

Lakin Le Quin sayı getikcə artan rədd məktublaının ilkini 11 yaşında aldı. İlk rədd məktubuna baxmayaraq, 10 il ərzində qələmə aldığı hekayə və şeirlərini heç yerd nəşr olunması üçün göndərmədi. 1950-ci ildən başlayaraq 1961-ci ilə kimi Le Quin bir yandan təhsilinə davam edərkən, bir yandan da romanlar yazmağa başladı. Yazdığı 5 kitabı nəşriyyat evlərinə göndərən Ursula, hamsından rədd cavabı aldı. 

4. Fantastik ədəbiyyata dönüş

1960-cı ildə Le Quin uşaqlıq həyəcanı olan fantastik ədəbiyyata geri dönməyə qərar verdi. 1962-ci ildə "Yerdəniz" seriyasının ilk parçası olan hekayəsi yayımlandı. Ardından da yazıçının ilk böyük uğuru gəldi: "Rokannonun Dünyası" 1966-cı ildə nəşr olundu. 


Kitabda insan yeni planetə səyahət edir və romanın qəhrəmanı Rokannon da "Sürgün" adlı bu planeti tədqiq edən alimdir. "Rokannonun Dünyası" eyni zamanda gələcəkdə "Sürgünlər planeti" olaraq xatırlanacaq 8 kitabdan ibarət seriyanın ilk kitabı idi. Le Quinin hekayələrinin qəhrəmanları əsasən kişilər olsa da, problemləri zamanın məşhur fantastik roman qəhrəmanları kimi yad plnetlilərlə müharibə ilə, lazer silahlarla deyil, düşüncə, uzlaşma və analizlə həll edirdilər. Daha ilk romanında zamanın əsas axım nümunələrindən fərqli olaraq, Le Quin bir yandan feminist teoriyanı fantastik elm dünyasında gətirir, bir yandan da milyonlarla işıq ili uzaqlığında olan xəyali planetlər üzərində, yaşadığımız dünyanın antropoloji və sosial-politik araşdırmasını aparırdı. 

Qaranlığın Sol Əli: Cinsi ayrı-seçkilik ortadan götürdüyüm vaxt nə baş verəcək, görmək istərdim

Le Quinə dünya məşhurluğu gətirən və yazıçını fanastik elm dünyasının ən önəmli yazıçıları sırasına daxil edən əsəri isə 1970-ci ildə nəşr edilən "Qaranlığın Son Əli" oldu. Dünyaya çox bənzəyən "Qış" adlı planetdən bəhs edən romanda, planetin sakinləri iki cinslidirlər (androgen). Yəni ilin bəlli dönəmərində hormonal dəyişikliklə əlaqəli olaraq kişi ya da qadın ola bilirdilər. Bu da planetdə cinsi ayrı-seçkiliyi aradan qaldırırdı.


Romanın əsas qəhrəmanı kişi idi. Genly Ai planetlər konfederasiyası adına "Qış"ı da konfederasiyaya daxil etmək üçün göndərilmiş elçi idi. Lakin öz sabit düşüncəsinə görə o, "Qış" planetinin sosial durumunu anlaya bilmirdi. Bu əsər Le Quinə Nebula və Hüqo ədəbiyyat mükafatlarını qazandıran ilk əsəri idi və əsər bu gün də ədəbiyyat tarixində yazılmış ən yaxşı fantastik əsər sayılır. Le Quin sonradan bu romanın mövzusu ilə bağlı demişdi ki "cinsiyyəti aradn qaldırdığımız zaman nə baş verəcəyini görmək istəmişdim". 
 
Anarxist Utopiya

Le Quinə ikinci dəfə Hüqo və Nebula mükafatını qazandıran kitabı "Mülksüzlər" oldu. Biri anarxist, digəri kapitalist totalitar iki planetin hekayəsini danışan kitab, ədəbiyyat tarixində kapitalizmi tənqid edən ən yaxşı kitablardan biri kimi qəbul edildi. Le Quin özü də bu kitabı anarxist utopiya kimi təqdim edirdi.
 
Le Quin "Yerdəniz" seriyasının 1968-ci ildə ilk nəşr edilən hekayəsində adı keçən planetə geri dönərək, gənc oxuculara xitab edən "Yerdəniz cadugəri" kitabını yazdı. Növbəti illərdə 5 kitabdan ibarət bir "Yerdəniz kainatı" adlı seriyası Le Quini fantastik ədəbiyyat sahəsində söz sahibi edən bir yazıçı halına gətirir. Fantastik ədəbiyyatı yenidən yaradan və Salman Rüşdidən Neil Qaimana kimi çox sayda ada ilham mənbəyi olan Le Quinin əsərləri hələ də örnəkləri sırasında ən yaxşısıdır. 


Bir müsahibəsində Fantastik ədəbiyyatın izahını bu cür verir: " Əgər fantastika müasir texnologiyanın ifologiyasıdırsa, bu heç də ürəkaçan mif deyil". 

Lalə Niftaliyeva