Dünya 17:07 21.04.2018

Uşaq təcavüzünə görə edam cəzası

Hindistanda 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslərə edam cəzası tətbiq ediləcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Narendra Modinin tələbi ilə toplaşan parlament qərarnaməni qəbul edib. Parlament qərarnaməni ölkə rəhbəri Ram Nat Kovində göndərib. 

Ölkədə uşaq təcavüzünə görə daha əvvəlki ən ağır cəza ömürlük həbs idi. 

Qeyd edək ki, yanvar ayında 8 yaşlı qız uşağının 8 nəfər tərəfindən qaçırılıb 1 həftə ərzində təcavüzə məruz qalması ölkədə böyük səs-küyə səbəb olmuş, kiçik qıza ədalət üçün böyük nümayişlər təşkil edilmişdi.

Gülşən