Texnologiya 12:29 20.01.2018

Uşaqlar üçün pulsuz bionik əl istehsal edilir

İstanbul Texniki Universitetinin (İTÜ) tələbələri 3D printerləri ilə 3-17 yaş arası uşaqlara pulsuz bionik əl istehsal edir.
 
Qaynarinfo xəbər verir ki, son zamanlarda artan 3D printer texnologiyası bədən hissələrini itirən uşaqlara ümid olmağa başlayıb. İTÜ şagirdləri tərəfindən reallaşdırılan Astero bionik layihəsi ilə 3D printerlərdə protez əl istehsalı start götürüb.
 
Hazırda dünyada protezler on minlərlə dollara satılır. Bu protezler alınsa belə, uşaq çox sürətli böyüdüyündən 1-2 il içində protezə sığmamağa başlayır və protezin dəyişdirilməsi lazım olur. Minlərlə ailə uşağına protez qol, qıç düzəltdirmək üçün maddi imkanı təmin edə bilmir. Çünki bunun xərci təxminən 30 min manatdan artıqdır.
 
Türkiyədə ilk robot əli 2 il əvvəl iş maşınında barmaqlarını itirən Mehmet Toprak üçün hazırlayan "Robotel" Türkiyə layihəsinin də dəstəklədiyi Astero bionik layihəsi qrupunun üzvləri İTÜ Kompüter Mühəndisliyi ixtisasında təhsil alan sonuncu kurs tələbələridi. Qrup protezləri yalnız 16 manata istehsal edir və hazırladıqları bütün modelləri ehtiyac sahiblərinə tamamilə pulsuz olaraq təqdim edirlər. Bionik protez hissələr sifariş gəldiyi andan etibarən 2-4 həftə ərzində ehtiyac sahiblərinə çatdırılır.   
 
Asterobionik.com saytı üzərindən protezə ehtiyacı olan insanların ölçüləri alınıb şəkilləri çəkildikdən sonra modelləşdirmə edilir. 3D model texnikaları istifadə edərək həmin insana uyğun modellərdən biri seçilərək ölçü və anatomiyasına uyğun hala gətirilir. Daha sonra 3 ölçülü təzyiq cihazları ilə parçalar halında təzyiq verilir. Bunlar monte edilərək test edilir. Heç bir tibbi əməliyyat tətbiq etmədən bilək hərəkəti və ya dirsək hərəkəti ilə barmaqlar bağlanaraq qarşılıqlı şəkildə hərəkət edə bilir. Sağlamlığa heç bir zərəri yoxdur.
 
Hazırda layihə çərçivəsində qolunda dirsəkdən aşağısı olmayan insanlar üçün protez etmək imkanları olan gənclərin 3D printerdə istifadə etdikləri plastik növü olan PLA-nın insan sağlamlığına zərəri yoxdur. Protezlərin təxmini istifadə müddəti isə protez sahibinin ilk istifadə etdiyi zamandakı yaşına görə fərq göstərir. 3-17 yaş arası çıxarılan protezlərin uşaqların böyüməsinə görə dəyişdirilməsi lazımdır. Bu vəziyyəti nəzərə alan gənclər protez üçün təqribən 1-2 il istifadə müddəti nəzərdə tutur.
 
Nərmin Həsənli