Ölkə 22:00 14.08.2019

Uşaqlar üçün süni qida məhsullarının keyfiyyətinə nəzarət edəcək orqan müəyyənləşdi

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirəcək orqan müəyyənləşib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Beləliklə, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.