Müasir dövrdə azyaşlı uşaqlar üçün telefon, tablet, eləcə də televizordan istifadə əlçatmaz deyil.

Yenicag.az xəbər verir ki, bir çox ailələrdə belə hallara rast gəlmək mümkündür.

Lakin mütəxəssislər bu durumun ürəkaçan olmadığını bildirirlər.

Aparılan araşdırmalar onu göstərir ki, elektron avadanlıqdan istifadə edən azyaşlılar danışmağa gec başlayırlar.

Gün ərzində uşaqların 45 dəqiqədən çox bu kimi vasitələrlə ünsiyyətdə olmaması məsləhət görülür.