Xəbər lenti

Ölkə 15:18 24.04.2024

Şuşaya köç başlayır - Tarix açıqlandı

Gələn aydan Şuşaya keçmiş məcburi köçkünlərin köçü başlayacaq.

Qaynarinfo xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlanılıb. Onun sözlərinə görə, bu işlər iki mərhələdən ibarət olacaq:

"Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq. 2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->