Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu, Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners" komandasının hücumçusu Useyn Bolt futbolda ilk qollarını vurub.

Qaynarinfo xəbər verir ki, yamaykalı atlet "Makartur Saut Vest Yunayted" klubu ilə yoxlama oyununa start heyətində çıxıb və dubl edib. Oyun onun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Useyn Bolt bu yay peşəkar futbola başayıb və "Sentral Kost Mariners" klubu ilə müqavilə imzalayıb.