Sənət 17:04 18.08.2014

Usubov polisləri ODA Teatrına göndərdi


Dünən ODA Teatrının rəhbəri Elmin Bədəlov onlara edilən hücumla bağlı Daxili İşlər naziri Ramil Usubovdan görüş istəmişdi.

Elmin Bədəlovun 1937.az-a verdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən ona zəng olunub: “Hadisə barədə məndən ətraflı məlumat aldılar, ünvanı soruşdular. Yenidən əlaqə yaradacaqlarını dedilər. Həmçinin, növbəti tamaşanın vaxtını soruşdular. Mən də tamaşa günləri teatrın mühafizə olunması barədə addım atılmasını xahiş etdim”.

Hazırda isə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ODA Teatrında hadisə ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, teatra hücum 16 avqust saat 19:00-da “Suicide” (“İntihar”) tamaşasının nümayişi zamanı olub. Bir neçə gənc tamaşaçıların şortik geyinməsini bəhanə edərək qalmaqal yaradıb.


ƏTRAFLI BURADA:

http://qaynar.info/xeber-oda-teatrna-basqn-t37685.html


Qaynar.info