Ölkə 14:14 07.02.2013

UÇUR GÖYLƏRƏ BİZİM PEYKİMİZ

Azərbaycan peyki orbitə buaxılması üçün start vəziyyətinə gətirildi

Kosmik texnologiyalar sahəsində aparıcı şirkətlərdən biri olan "OrbitalSciences Corporation" (OSC) bu axşam Azərbaycan Respublikası Rabitə vəİnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC üçün kommersiyaxarakterli rabitə peyki "Azerspace/Africasat-1a"nın buraxılışına yekunhazırlıq işlərinə başlandığını elan edib. Bu barədə AzərbaycanınABŞ-dakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Dallesdə (Virciniya) şikətin istehsalatmüəssisəsində hazırlanmış və sınaqdan keçirilmiş"Azerspace/Africasat-1a" peyki cümə axşamı Fransız Qvianasında (CənubiAmerika) yerləşən Kuru kosmodromunda "Ariane 5" roketinin göyərtəsindənfəzaya buraxılacaq.

Peyk buraxıldıqdan sonra bütün alt sistemlərin planlaşdırılmış işininorbital sınaq və yoxlamasından keçəcək. Sınaq başa çatdıqdan sonra vəpeyk öz orbital mövqeyini tutan kimi onun idarə olunması "Azərkosmos"ASC-yə veriləcək. "Azərkosmos" Bakı və Naxçıvandakı idarəetməmərkəzlərindən peykin işini davam etdirəcək.

Qeyd edək ki, bu mərkəzlər "Orbital Sciences Corporation" tərəfindəntəqdim olunan yerüstü idarəetmə sistemləri, eləcə də yerüstü antenalar,radioelektronika, kompüter platformaları və "Azerspace/Africasat-1a"peykinin idarə olunması və ona nəzarətdə istifadə edilən proqramtəminatına xidmət üçün "Azərkosmos" tərəfindən layihələndirilib və inşaolunub.

"Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması Amerikasənayesi ilə uğurlu tərəfdaşlıqda mühüm məqamdır. Biz Azərbaycan,Qafqaz, Orta Asiya, Avropa və Afrikanın hazırki və gələcək rabitətələbatını ödəyəcək peykin fəzaya buraxılmasını səbrsizlikləgözləyirik", - deyə Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanovbildirib.

"Azerspace/Africasat-1a"nın 15 illik gözlənilən xidmət müddəti sınaqdançıxarılmış "Geostar-2" platformasına əsaslanır. Peykdə C və Ku tezlikzolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyküzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri vəYaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcək."Azerspace" peyki Malayziya hökumətinə məxsus və Malayziyanın "MeasatSatellite Systems" şirkəti tərəfindən istifadə edilən 46 dərəcəli şərquzunluğu orbital mövqesinə çıxarılacaq.

"Orbital Sciences Corporation" nin əsas vitse-prezidenti KristoferRiçmond bildirib Kİ, "Azerspace/Africasat-1a" peyki kommunikasiyainfrastrukturunun genişləndirilməsi və dünyanın digər hissələri ilərabitənin yaxşılaşdırılmasında Azərbaycan üçün mühüm komponentdir. "Buson iki ildə tərəfimizdən inşa olunan 10-cu peykdir. "Hazırda bizhazırlıqları başa çatdırırıq və uğurlu buraxılışa hazırlaşırıq", - deyəqeyd edib.

"Azerspace" telekommunikasiya peyki bütün Azərbaycan ərazisində rəqəmsalteleviziya və radioyayımı, internet şəbəkəyə sürətli çıxış, məlumatötürülməsi, VSAT multixidmət şəbəkəsinin yaradılması, həmçinin hökumətrabitəsinin təmin edilməsi üçün nəzərdə tutulub.