Ekonomiks 14:21 14.07.2017

Uğurlu sahibkarların seçimi!

Son onilliklər informasiya texnologiyaları və xüsusi ilə ERP-sistemlərinin istifadəsi ilə bağlı kifayət qədər geniş təcrübə əldə edilib. Müəyyən gecikmələrlə də olsa, biznes proseslərinin avtomatlaşdırılması məsələsi Azərbaycanda da öz yerini qərarlaşdırmağa başlayır.

Müasir sahibkarlar mövcud rəqabət şəraitində, zamanla uyğunlaşmadan biznesi inkişaf etdirməyin olduqca çətin olduğunu anlayır. Yerli şirkətlər bu məsələ ilə bağlı uğurun açarını biznes proseslərinin avtomatlaşdırılmasında tapan xarici şirkətlərin təcrübəsindən yararlanmağa çalışırlar.

Lakin artıq Azərbaycanda ilk Milli ERP - sistemi olan ProSpect ERP bir çox dövlət qurumları və tanınmış şirkətlərin etibarını qazanıb (ProSpect ERP İKT sahəsində ölkəmizin aparıcı şirkətlərindən olan PRONET MMC tərəfindən yaradılıb).

ProSpect ERP (www.prospect.az)  bir çox yerli dövlət qurumlarına və tanınmış şirkətlərə idarəetmə proseslərini avtomatlaşdırmaq məqsədilə innovativ həllər təqdim edərək, onların bir sıra gündəlik problemlərini həll edib.

ProSpect ERP sistemi - orta və iri şirkətlər üçün, vahid məlumat bazası ilə biznes proseslərinin səmərəliliyini onların avtomatlaşdırılması hesabına artırmağa imkan verən xüsusi informasiya sistemidir. Belə bir informasiya sisteminin yaradılması müəssisənin bütün istiqamətlərini effektiv şəkildə idarə etməyə, ona vahid orqanizm kimi işləməyə şərait yaradır.

Korporativ, idarəetmə, mühasibat haqqında məlumatlı olmaq, bütün şirkət fəaliyyətini kompleks şəkildə mənzərəsini görmək imkanı verir. Bu da öz növbəsində ProSpect ERP sistemini cari və strateji qərarlar verməyə yardım edən əvəzedilməz alətə çevirir.

ERP - sistem prosesləri sadə və anlaşıqlı edir, əməkdaşlara isə daha məhsludar sərf edə biləcəyi vaxtlarına xeyli qənaət etməyə imkan yaradır. Məhz buna görə də,  ERP - sisteminin tətbiqi doğru strateji addımdır.

Onu da qeyd edək ki, ProSpect ERP - sitemi Azərbaycanda cəmi 9 nəfərin sahib olduğu ZEND sertifikatlı yerli mütəxəssislər tərəfindən hazırlanıb.

ProSpect ERP – sistemindən yararlanıb, uğurla istifadə edən dövlət qurumları arasında Azərbaycan Dövlət Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və s., özəl sektorda isə Hilton Hotel, Access Bank, Ata Sığorta kimi ölklənin aparıcı şirkətlərini qeyd etmək olar.

Siz də innovasiyaya “hə!” deyib, bir yox, bir neçə addım önə keçin!


PRONET MMC

İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

Tel:+99412 3102121

Sayt: www.prospect.az 

E-mail: [email protected]