Uzun yuxu həyat üçün təhlükəlidir (TƏDQİQAT)

Uzun yuxu həyat üçün təhlükəlidir (TƏDQİQAT)

Gecə ərzində 9 saatdan çox yatan, eləcə də günorta yatmağı xoşlayan insanlarda insult təhlükəsi daha yüksəkdi.

Çin alimləri tədqiqatlarının nəticələrini "EurekAlert!” portalında dərc ediblər. 

6 il davam edən tədqiqatda 31750 insan iştirak edib. Sınaqdan keçirilən insanların orta yaş həddi 62 olub. Bu müddət ərzində onlarda ümumilikdə 1557 insult qeydə alınıb. 

İştirakçıların 24 faizi 9 saatdan çox yatıb və onlarda insult təhlükəsinin daha yüksək olduğu müəyyən edilib: 7-8 saat yatan insanlardan 23 faiz çox. Gecə çox yatan və günortalar yuxulayan insanlarda isə insult təhlükəsi digərlərindən 85 faiz çoxdur. 

Alimlərin fikrincə, tədqiqatın nəticələri orta və yuxarı yaş təbəqəsində olan insanlar üçün mülayim yuxu rejiminin vacibliyini sübut edir.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR