Siyasət 11:28 01.03.2013

Vahid Ələkbərov Azərbaycanda inqilab hazırlayır?

Saakaşvili: “Onlar Rusiyanın Gürcüstanda gerçəkləşdirdiyi ssenarini Azərbaycanda həyata keçirmək istəyirlər”


“Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir”. “Qruziya onlayn”ın yaydığı məlumata görə, bu fikirləri Azərbaycana səfərini başa vuraraq geri qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamada deyib.

“Ölkəmizi əlavə muxtariyyətlər yaradılmaqla daha da parçalanması gözləyir, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar. Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıxov soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Sadıxov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır”.

APA