Ölkə 23:20 05.10.2017

Vahid Ələkbərovun zavodunda yanğın:4 nəfər öldü

Nijeqorod vilayətinin Kstov rayonundakı "Lukoyl-Nijeqorodneftorqsintez" zavodunda güclü yanğın olub.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, yanğın nəticəsində 4 nəfər həlak olub.

Agentliyin məlumatına görə, böyük ehtimalla onlar orada iş görən podrat təşkilatının əməkdaşlarıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qaynarinfo.Az