Maqazin 22:59 15.01.2015

Van Damm Putinin arzusunu həyata keçirdi

Hollivudun tanınmış idmançı-aktyoru Jan Klod Van Damm Rusiyada yeni çəkiləcək filmə dəvət alıb.

Qaynar.info Axar.az-a istinadən xəbər verir ki, əslən fransalı olan məşhur aktyor Jan Klod Van Damm Rusiya prezidenti Vladimir Putinin arzusunu həyata keçirib. Rusiya ölkə başçısının şəxsi istəyi ilə Moskvada çəkiləcək yeni filmdə Van Damm rus kəşfiyyatçısı obrazını canlandıracaq.

Xatırladaq ki, Jan Klod Van Damdan öncə Arnold Şvartseneger Moskvada çəkilən “Qırmızı alov” filmində rus hərbiçisi obrazında rol almışdı. 1995-ci ilə təsadüf edən film kino tənqidçilərinin qınaq hədəfinə çevrildi. Filmin uğursuzluğu Şvartsenegerin rus dilində anlaşılmaz danışmağı ilə izah edildi.

Lakin Vandam məsələsində vəziyyət tam başqadır. O, indidən linqvistika üzrə peşəkar rus metodistlərinin kurslarına yazılıb.

Qeyd edək ki, Vladimir Putinlə Van Damı dostluq münasibəti bağlayır və hətta tanınmış idmançı bir neçə dəfə prezidentin dəvəti ilə onun şəxsi qonağı olub.

Qaynar.info