Foto 13:25 17.01.2018

Van Qoqun daha bir əsəri tapıldı (FOTO)

Dünya şöhrətli hollandiyalı rəssam Vinsent Van Qoqun daha bir rəsmi aşkarlanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Parisdə daş mədəninin təsviri yer alan rəsm 1886-cı ildə Van Qoq Belçikanın Antverpen şəhərində akademik təhsil alan zaman çəkilib. Şəkil rəssamın Montmarte Təpəsi adlı tablosuna bənzəyir. 

Mütəxəssislər rəsmin Van Qoqa aid olub-olmamasını 2013-cü ildən bəri araşdırırdı. 1917-ci ildə Corcina Vermeer adlı hollandiyalı tərəfindən alınan tablo daha sonra həmin şəxsin nəvəsi tərəfindən aşkarlanıb. Vermeer ailəsi əsəri Parisdə mütəxəssislərə təqdim edib və Amsterdamdan olan tədqiqatçılarla birgə araşdırma təşkil edilib. Daha sonra əsər Con Fentener adlı milyarderə satılıb. 

1970-ci ildən bəri Vinsent Van Qoqun orijinal 9 cızma-qarası və 7 tablosu kəşf edilib. Bu kəşf rəssama aid olduğu ehtimal edilən digər əsərin də ona məxsusluğunu sübut edib. 

Qeyd edək ki, rəsm 6 maya qədər bir çox məşhur rəssamların işlərinin sərgiləndiyi Singer muzeyində nümayiş ediləcək.

Gülşən