Ölkə 13:08 18.10.2013

Vaqif Əsədov işdən çıxarılır - ÖZƏL

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov tutduğu vəzifəsindən azad ediləcək.

Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, onun işdən çıxarılmasına səbəb işində etdiyi səhlənkarlıqdır. 

Bildirilir ki, DİN Baş DYP İdarəsinin rəisi, polis general–mayoru  Ramiz Zeynalov onun işdən çıxarılması ilə bağlı göstəriş verib.


Məsələ ilə bağlı Vaqif Əsədovun fikirlərini öyrənmək istəsək də, onunla əlaqə saxlamaq mümükün olmadı.