Sənət 19:45 17.06.2014

Vaqif Səmədoğlunun "xərçəngi" hamını güldürdü

"Xərçəng ağzımda deyil, mədəmdədir, istənilən qədər danışa bilərəm".

Anspress-in məlumatına görə, bunu xalq şairi Vaqif Səmədoğu Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən qurultayında çıxışı zamanı deyib.

Vaqif Səmədoğlunun bu sözləri zalda hamını güldürüb. Qeyd edək ki, xalq şairi tribunaya çıxan zaman ona Azərbaycan Yazıçılar Birlıyinin katibi Çingiz Abdullayev kömək edib. 

Vaqif Səmədoğu buna da maraqlı reaksiya verib: "Gör nə günə qalmışam ki, fiziki cəhətdən Çingiz Abdullayev mənə kömək edir. Xatırladaq ki, Vaqif Səmədoğlunun qurultayda çıxışı 15 dəqiqə olub. 

Qaynar.info