Ölkə 18:49 07.07.2018

Vasif Talıbov naziri işdən çıxartdı

Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən kənarlaşdırılıb.