Ölkə 13:28 20.05.2019

Vasif Talıbov yüksək vəzifəli məmuru işdən çıxardı

Bu gün Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov Əli Həsənovun Ali Məclis Aparatının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo Naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, sərəncama əsasən Əli Əkbər oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilib.