Ölkə 14:05 11.12.2018

Vasif Talıbovun sabiq müavini vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sabiq birinci müavini Abutalıb Qasımov vəfat edib.

Bu barədə "Report”a mərhumun qohumları məlumat veriblər.

A.Qasımov Culfanın Saltaq kəndində dəfn edilib.

Xatırladaq ki, A.Qasımov 1956-cı ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. O, 1994-1995-ci illərdə Naxçıvanın təhsil naziri, 1995 - 2000-ci illərdə Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləyib. 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olub.
 
 

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!