Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür.

Qaynarinfo xəbər verir ki, 1960-cı ildə Naxçıva Muxtar Respublikasının Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olan Vasif Talıbov 1981-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini qiyabi bitirib.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.
 
 

1995-ci ildən isə Naxçıvan MR Ali Məclisinin sədridir.

Qeyd edək ki, Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Nərmin Həsənli