Video 12:05 15.02.2018

Vasifdən etiraf: ​“Elza Seyidcahanı sevirdim” (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı Əməkdar artist Vasif Məhərrəmli olub. 

Qaynarinfo xəbər verir ki, sənətçi Elza Seyidcahana olan sevgisindən danışıb:

"Elzanı dəli kimi sevməmişəm, amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoriyada oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Ona qarşı ürəklərində sevgi var idi. Elza xanım indi də gözəldir. O zaman da çox gözəl idi. Açığı deyim ki, Elza çox ağır xanım idi. İndi biraz şıltaqlığı ola bilər, amma o vaxtı kimsə ilə söhbət etdiyini belə mən görməmişəm. Ancaq dərsə gəlib-gedirdi. Mən də qıraqdan-qırağa onu seyr edərdim".

Vasif Məhərrəmli sevgisini bu yaxınlarda etiraf etdiyini qeyd edib:

"O vaxt demədim, bu yaxınlarda demişəm onu sevdiyimi. Çox normal qarşıladı. İndi mən olmuşam yalan indi özü hər yerdə deyir ki, Vasif məni sevir”.