Ölkə 20:49 20.06.2019

Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.

Məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.