Ekonomiks 22:24 25.11.2013

VAZ-2114-ün istehsalı dayandırılır


VAZ-2114 avtomobilinin istehsalı dekabrda dayandırılacaq.
Rusiyanın "AvtoVaz" şirkəti dekabrda “Lada Samara” seriyasından olan VAZ-2114 avtomobillərinin istehsalını dayandıracaq. RİA Novosti agentliyinin məlumatına görə, “AvtoVaz” şirkəti 2012-ci ilin sonunda VAZ-2115, bu ilin sentyabrında isə VAZ-2113 avtomobillərini konveyrdən çıxarmışdı.

Şirkət istehsalı dayandırılan avtomobillərin əvəzində İjevsk şəhərində “Lada Granta” hetçbekini avtomobil həvəskarlarının ixtiyarına verəcək.

“AvtoVaz” şirkəti Avropanın ən böyük avtomobil şirkətlərindən biri sayılır. Şirkətin illik istehsal gücü 800 mindən çox avtomobil təşkil edir, amma 2012-ci ildə 718 min avtomobil konveyrlərdən çıxaraq satışa buraxılıb.

Qaynar.info