Ölkə 11:21 20.07.2013

“VAZ”la “Volksvagen” toqquşdu, ölən var

Bakıda baş verən avtomotil qəzası ölümlə nəticələnib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 20-i saat 00:30 radələrində Suraxanı rayonu Dədə Qorqud yaşayış sahəsində İlham Eyvazovun idarə etdiyi "VAZ-2107" və Elsevər Xanbatovun idarə etdiyi "Volksvagen-Passat" markalı avtomobillər toqquşub.

Nəticədə, "VAZ-2107" markalı avtomobilin sərnişini Rövşən Qasımov hadisə yerində ölüb, Eyvazov və "Volksvagen" markalı avtomobilin sərnişini Aytac Xanbatova 3 saylı xəstəxanaya yerləşdiriliblər.

Qaynar.info