Sənət 22:13 04.02.2015

Vəfat edən aktyorun mirası üstə dava

Ötən ilin yayında vəfat etmiş aktyor Robin Uilyamsın vəsiyyətinin kifayət qədər dəqiq və aydın olmasına baxmayaraq onun üçüncü həyat yoldaşı Süzan Şnayder və övladları mirasa aid bəzi detallara görə məhkəmədə iddia qaldırıblar.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, mübahisə aktyorun təkcə 40 illik karyerası ərzində qazandığı pullar deyil, eyni zamanda onun şəxsi əşyaları, kolleksiyaları, velosipedləri və onun adıyla bağlı olan digər şeylər göstərilib.

Aktyorun digər nikahlardan olan övladları Şnayderin məhkəmə iddiası qaldırmasından məyus olduqlarını bildiriblər. Mətbuata müraciətində aktyorun övladları, Şnayderin daha çox pul almaq üçün etdiyi bu hərəkətlərin Robin Uilyamsın ruhuna təhqir olduğunu deyiblər. Həmçinin qeyd ediblər ki, Süzan Şnayderin tələbləri atalarının onlara vəsiyyət etdiyi şeylərdən məhrum etmək cəhdidir.

Qaynar.info