Ölkə 18:14 18.11.2017

Vəfat edən məmurun yerinə təyinat

Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 

"Qaynarinfo" "Report”a istinadən xəbər verir ki, Fəqan Həsənov şəhər icra başçısının müavini - Şəhər təsərrüfat şöbəsinin müdiri təyin edilib. 

O, bu təyinatadək Şirvan şəhər bələdiyyəsi sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, icra başçısının müavini Şəfayət Vaqif oğlu Əsgərov bu il avqustun 12-də xəstəxanada ürək əməliyyatı zamanı dünyasını dəyişib. 

Qaynarinfo.Az