Vəkil: “50 mindən çox tikili mühafizə zolağı ərazilərindədir”

Vəkil: “50 mindən çox tikili mühafizə zolağı ərazilərindədir”

"Azərbaycanda özbaşına tikililərin əsas özəyi ondan ibarətdir ki, bu tikililər lazımi icazə olmadan, tikinti sahəsi üçün ayrılmayan ərazilərdə inşa olunub. Yəni inşa edən şəxsin mülkiyyətində olmayan torpaqlarda inşa edilmiş tikililərdir”.

"Report” xəbər verir ki, bunu vəkil Polad Mehdi İctimai Televiziyada yayımlanan "Sabaha saxlamayaq” verilişində bildirib.

O qeyd edib ki, bu tikililərin sənədləşdirilməsində, həqiqətən, ciddi problemlər yaranır: "Statistik rəqəmlərə görə, belə mülkiyyətlərin sayı 600 minə yaxındır. Bu tikililərin 50 mindən çoxu hər hansı mühafizə zolağına düşən torpaqlardır. Məsələn, qaz-neft xəttinin, magistral yolların, yüksək gərginlikli elektrik xətlərinin üzərindədir. Bunların siyahısını tərtib edib təyin etmək olar. Qalan digər tikililərlə bağlı kompleks tədbirlər görülməlidir”.

Millət vəkili Tahir Rzayev də qeyd edib ki, statistika bir çox vətəndaşın evlərini lazım olmayan təhlükəli yerlərdə inşa etdiyini göstərir: "Bir çox evlər neft kəmərlərinin, qaz borularının, elektrik xətlərinin üzərində tikilib. Bu proses 30 il bundan əvvələ təsadüf edir. Sovet dövründə torpaq almaq çox çətin məsələ idi. Çünki bunun üçün qərar olmalı idi. 90-cı illərdə hərcmərclik olanda belə hallar çox oldu. Daha sonra bələdiyyələrin yarandığı ilk dövrdə bu hal baş verib”.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İB sədri Vüqar Tofiqli bildirib ki, kommunikasiya xətlərinin, neft-qaz kəmərlərinin altında olan tikililər var ki, onların sənədləşdirilməsi qeyri-mümkündür: "Heç kim narazı salınmır. Həmin tikililər sökülərsə, kompensasiya veriləcək”.
XƏBƏRLƏR
BLOGLAR