Ekonomiks 11:38 08.08.2018

Vəkillər Kollegiyasının sədri bu şirkətin səhmlərini alıb

Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Finance Leasing” ASC-dən pay alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verib.

Hesabatda ölkənin baş vəkilinin lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. Qiymətli kağızlar ötən il əldə olunub.

Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sabiq icraçı direktoru Azad Cavadov da vaxtilə "Finance Leasing”in səhmdarı olub.