Foto 18:49 23.12.2018

Vəkillər Kollegiyasının üzvü qəza törədib, qaçmaq istədi (FOTO/VİDEO)

Vəkillər Kollegiyasının üzvü Hüseynova Zoya Kərəm qızı avtomobil qəzası törədib.

Qaynarinfo xəbər verir ki, hadisə dünən saat 18.50 radələrində Sumqayıt şəhəri, Azadlıq prospektində baş verib.

Şahidlərin sözlərinə görə, xanım vəkil "Kia Cerato" markalı avtomobillə "Kia Rio" markalı maşını vurub. Ziya Hüseynova hadisə yerindən qaçmağa cəhd etsə də, DYP əməkdaşları tərəfindən saxlanılıb.