İdman 23:03 08.10.2018

Veteran güləşçimiz dünya çempionu oldu

Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

Qaynarinfo xəbər verir ki, sərbəst güləşçilərin yarışında "B” qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) "A” qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) "D” qrupunda ikinci yeri tutub. (oxu.az)